Onlayn ictimai-siyasi qəzet
"Azərbaycanın onilliklər boyu davam edən problemi necə həll etməsi dünyada heyranlıqla qarşılanıb".
Bu barədə Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edən Siyasi Tədiqatlar İnstitutunun direktoru Sergey Markov bildirib.
Rusiyalı ekspert deyib: "Azərbaycan xalqını İkinci Qarabağ müharibəsində möhtəşəm, parlaq Qələbə münasibətilə təbrik edirik. Bu, dünyada unikal hadisədir - Azərbaycanın nokautla qazandığı təmiz qələbədir. Azərbaycan tam, yüz faizlik, təmiz qələbə qazanıb. Bütün dünya Azərbaycanın onilliklər boyu davam edən problemi necə həll etməsini heyranlıqla qarşılayıb. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təkcə Qarabağı qaytarmayıb, eyni zamanda, Cənubi Qafqazda əsas ölkəyə çevrilib. Bütün bunlar Azərbaycan xalqının zəhməti və Azərbaycan əsgərinin igidliyinin nəticəsidir".
Azərbaycan Müdafiə Nazirliyi şəxsi heyətinin Bakıda və respublikanın digər şəhərlərində, o cümlədən işğaldan azad edilmiş ərazilərdə yürüşlərindən bəhs edən S.Markov qeyd edib ki, bu, qaliblərin paradıdır. O vurğulayıb: "Azərbaycan xalqı müzəffər xalqdır. Qələbə əhvali-ruhiyyəsi başqa sahələrdə də, o cümlədən iqtisadiyyatın inkişafında, mədəniyyət fenomenlərində də özünü göstərir. Siz hələ bunun şahidi olacaqsınız". (AZƏRTAC)
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ