Onlayn ictimai-siyasi qəzet
Yanvarın 14-də gecə saatlarında Krıma edilən PUA hücumu nəticəsində Rusiyanın gizli hərbi bazası vurulub.
Axar.az xəbər verir ki, bu barədə Rusiyanın “Kremlevskaya tabakerka” Teleqram kanalı hərbi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, 3 PUA hava hücumundan müdafiə sistemini keçərək, hərbi hissəyə çatmağı bacarıb.
“Təəssüf ki, zərbə nəticəsində 11 nəfər xüsusi təyinatlı həlak olub, nadir texnika itirilib”, - mənbə bildirib.
Mənbə hərbi hissənin hansı istiqamətdə yerləşdiyi barədə məlumat verməyib.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
15 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ