İnsanlara hürriyət, millətlərə istiqlal!

BU AN! Putin və Paşinyandan EYNİ ANDA SENSASİON açıqlamalar – liderlərin mətbuat konfransında OD KİMİ sözlər

Müxalifətin tanınmış nümayəndələrindən biri canlı efirdə Ermənistanda açıq və ədalətli seçkilərin keçirilməsinin məqsədəuyğunluğundan şübhələnir. Bunun nə demək olduğunu başa düşürük? Bu o deməkdir ki, Ermənistanın suverenliyi mübahisəlidir, çünki suverenliyin mənbəyi xalqdır.

Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bugünkü mətbuat konfransında bildirib.

O qeyd edib ki, bir sıra daxili və xarici qüvvələrin müharibəyə ehtiyacı var və bu hakimiyyət dəyişikliyini seçkisiz həyata keçirmək məqsədi daşıyır.

“44 günlük müharibə zamanı da eyni ssenari həyata keçirilib. Onlar müharibəyə təhrik etməyi, Ermənistanda müharibə nəticəsində seçkisiz hakimiyyət dəyişikliyi təmin etməyi və bunun ardınca Ermənistanda qeyri-legitim, marionet hakimiyyətin quraraq Ermənistanın de-fakto, ardınca isə de-yure suverenliyini ləğv etmək istəyir”, o deyib.

Rusiya prezidenti Vladimir Putin beşinci dəfə prezident kimi and içib. Andiçmə mərasimi Böyük Kreml Sarayında baş tutub. 2600 qonağın iştirak etdiyi andiçmə mərasimi Rusiyanın dövlət bayrağı, Rusiya prezidentinin ştandartının və ölkə konstitusiyasının Böyük Kreml Sarayının Georgiyevsk, Aleksandrovski zallarından keçirilərək andiçmə mərasiminin keçiriləcəyi Andreyevski zalına gətirilməsi ilə başlayıb.

Daha sonra Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və Konstitusiya Məhkəməsinin sədri səhnəyə çıxıblar. Putin Kremlin birinci korpusunda yerləşən iş otağından andiçmə mərasiminin keçiriləcəyi Andreysvki zalına yola düşüb. Putin and içib və beşinci dəfə dövlət başçısı səlahiyyətlərinə başlayıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR