Onlayn ictimai-siyasi qəzet
Astroloqların proqnozlarına görə, planetlərin hərəkəti və bürclərin enerjisi ilə əlaqədar olaraq iyul ayı etibarilə maddi baxımdan əhəmiyyətli dəyişikliklər yaşayacaq 3 şanslı bürc var.
Musavat.com həmin bürcləri təqdim edir:
Buğa
Torpaq ünsürünün səbrli və zəhmətkeş nümayəndəsi olan Buğa bürcünün nümayəndələri üçün uzun müddətdir göstərilən səylərin qarşılığını almaq vaxtı gəlib çatır. Xüsusilə iş həyatında sərgilədikləri sabit fəaliyyət və əzmkarlıq iyunun sonu etibarilə maddi qazanca çevrilə bilər.
İyul ayında gözlənilən yüksəlişlər, yeni iş təklifləri və ya yatırımlardan əldə ediləcək gəlirlər Buğaların üzünü güldürəcək. Bu dövrdə maliyyə məsələlərində daha sağlam addımlar atacaq, büdcələrini balanslaşdırma imkanına sahib olacaqlar.
Şir
Od ünsürünün lider ruhlu nümayəndəsi olan Şir bürcünün nümayəndələri üçün iyul ayı əsl yüksəliş dövrü olacaq. Bu müddətdə yaradıcılıqları və özünəinamları zirvəyə çatacaq, yeni layihə və iş təşəbbüsləri sayəsində maddi uğurlar əldə edə bilərlər.
İyul ayı Şir bürcündən olanlar üçün təkcə karyera baxımından deyil, həm də maddi imkanların artması baxımından fürsətlərlə dolu olacaq.
Oxatan
Od ünsürünün macərapərəst və nikbin təmsilçisi olan Oxatan bürcünün nümayəndələri üçün iyul ayı yeni imkanlarla dolu olacaq. Xüsusilə xariclə əlaqəli işlər, təhsil və ya səyahətlə bağlı sahələrdə əhəmiyyətli maddi imkanlar əldə edə bilərlər. Hüquqi proseslərdən alınacaq müsbət nəticələr və ya gözlənilməz miras kimi hadisələr də Oxatanların maddi vəziyyətini müsbət yöndə dəyişə bilər.
Musavat.com
17 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ