İnsanlara hürriyət, millətlərə istiqlal!

"Brüsseldə keçirilən üçtərəfli görüş ilk praktiki nəticəsini verdi" - deputatdan açıqlama

"Mayın 22-də Aİ-Azərbaycan-Ermənistan liderləri arasında Brüsseldə keçirilən üçtərəfli görüş ilk praktiki nəticəsini verdi".

Musavat.com xəbər verir ki, bunu millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev bildirib.

"Bu gün Azərbaycan və Ermənistan tərəfindən qarşılıqlı olaraq dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyalarının tərkibi rəsmən müəyyən edildi.

Ümid edirəm ki, Azərbaycanın qətiyyətli və prinsipal mövqeyini bilən Ermənistan götürdüyü bütün öhdəlikləri yerinə yetirmək üçün real addımlar atacaq və normallaşma prosesini süni şəkildə uzatmaqdan çəkinəcək" - deyə, o qeyd edib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR