İnsanlara hürriyət, millətlərə istiqlal!

Brüsseldə aksiya iştirakçıları meydana İlham Əliyevin şəkli ilə çıxdı, prezidentə təşəkkür etdilər - VİDEO

Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında Avropada yaşayan Güney Azərbaycan türklərinin iştirakı ilə keçirilən “Azadlıq və ədalət yürüşü” iştirakçıları prezident İlham Əliyevə təşəkkür ediblər.

Musavat.com xəbər verir ki, aksiya iştirakçıları meydana İlham Əliyevin şəklini də gətiriblər.

Onlar çıxışlarında Güney Azərbaycan məsələsini dünya səviyyəsində gündəmə gətirdiyi üçün İlham Əliyevə minnətdarlıq ediblər.

Qeyd edək ki, aksiyanın əsas şüarı “Azadlıq, ədalət və milli hökumət” olub.

Musavat.com İsveçdə mühacir həyatı yaşayan, Güney Azərbaycan Demokratik Partiyasının sözçüsü Mahmud Bilginin aksiyadakı çıxışını təqdim edir:

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR