Onlayn ictimai-siyasi qəzet
Amerikalı müğənni Britni Spirsin boşanma hazırlıqları başlayıb.
Sfera.az bildirir ki, o, Kim Kardaşyan, Kevin Kostner və Conni Depp kimi məşhurların da boşanma vəkili olan Laura Vasserlə razılaşıb.
Qeyd olunub ki, Spirsin əri Sem Əsgəri müğənni ilə evlənmədən əvvəl bağlanan nikah müqaviləsinin şərtləri barədə yenidən danışıqlar aparmaq istəyib. Bunun qəbul olunmayacağı təqdirdə isə keçmiş həyat yoldaşını hədələyəcəyi bildirilib. İddialara görə, Britni Spirs və əri Sem Əsgəri ifaçının xəyanət etməsi məsələsinə görə boşanmaq qərarına gəlib. Onlar bir neçə gün bundan əvvəl dava edib. Bundan sonra Sem Əsgəri evdən köçüb və indi tək yaşayır.
Xatırladaq ki, cütlük 2022-ci ilin iyununda evlənsə də, 2016-cı ildən birlikdədir.
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ