İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyanın Baş naziri Pezeşkiana ZƏNG ETDİ - İsraillə bağlı...

Böyük Britaniyanın Baş naziri Keir Starmer İran Prezidenti Məsud Pezeşkianla telefon əlaqəsi saxlayıb.

Musavat.com bu barədə İRNA-ya istinadən xəbər verir.

Söhbət zamanı İran prezidenti bildirib ki, beynəlxalq ictimaiyyətin İsrailin misli görünməmiş və insanlıq əleyhinə cinayətləri qarşısında susması və bəzi Qərb ölkələrinin bu rejimə dəstək verməsi beynəlxalq standartlara zidd və cinayətin davam etdirilməsinə təşviq edən, regionda və dünyada sülh və təhlükəsizliyi təhdid edən bir hərəkətdir.

Bundan başqa, yayılan məlumatda bildirilib ki, dövlət rəhbərləri arasında telefon danışığı 30 dəqiqəyə yaxın olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR