İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı politoloqdan Türkiyəyə hörmətsizlik edən jurnala SƏRT SÖZLƏR

"Türkiyədə baş verən dəhşətli zəlzələ heç bir satirik karikatura ilə uyğun gəlmir"

"Hər zaman ifadə və söz azadlığının tərəfdarı olsam da, deyə bilərəm ki, Fransanın satirik jurnalı olan "Charlie Hebdo" həmin karikatura ilə öz həssaslığını, anti-türk və islamofob yanaşmasını bir daha nümayiş etdirdi".

Bu sözləri Musavat.com-a açıqlamasında Böyük Britaniyanın tanınmış politoloqu və jurnalisti Neil Vatson bildirib. Politoloq Fransada çıxan məşhur “Charlie Hebdo” jurnalında Türkiyədə baş verən zəlzələyə aid karikatura yayımlanmasını qətiyyətlə pisləyib:

"Xüsusən də türk xalqı öz itkiləri üçün yas tutduğu bir zamanda Fransanın türk dünyasına bu cür yanaşmasını, karikaturanın nəşrini tamamilə pisləyirəm".

Xatırladaq ki, adıçəkilən nəşrin tviterdə yayımlanan karikaturada “Tanklara ehtiyac yoxdur!” sözü yazılıb. Bu isə türklər daxil, əksər sosial media istifadəçilərini hiddətləndirib.

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR