İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı politoloq: “20 Yanvar gecəsini çox yaxşı xatırlayıram, ilk dəfə idi ki, mən…“

“1990-cı il yanvarın 20-nə keçən gecəni çox yaxşı xatırlayıram.  Çünki mən ilk dəfə idi ki, “Azərbaycan” sözünü eşidirdim, o dəhşətli gecənin hadisələri BBC tərəfindən xəbər verilirdi”.

Bu sözləri Böyük Britaniyanın tanınmış jurnalisti və politoloqu doktor Neil Vatson Musavat.com-a açıqlamasında deyib. Politoloq həmin günlərdə xarici mətbuatda yayılan xəbərlərlə qeyd edib:
“Həmin gecə Azərbaycanın müstəqilliyini bərpa etməsinə mane olmaq istəyən Sovet qoşunlarının ötən il vəfat etmiş Sovet baş naziri Mixail Qorbaçovun birbaşa göstərişi ilə azərbaycanlıların atəşə tutulduğunu gördük. Kişilər, qadınlar və uşaqlar heç bir fərq qoyulmadan  öldürüldü. Bu, meqalitik miqyasda insan faciəsi idi.

O dövrdə Qərbdə Sovet İttifaqı respublikaları tam başa düşülmürdü. Lakin bu aydın idi ki, mülki şəxslərə qarşı hərbi cinayət törədilib. O vaxta qədər Qorbaçov Qərbdə “yenidənqurma” siyasətinə görə təriflənirdi. Lakin 20 Yanvar gecəsindən sonra o, konkret quldur sovet lideri kimi görünürdü.

Təbii ki, azərbaycanlıların müstəqillik arzusu səngimək bilmirdi. Onlar 1920-ci ildən bu anı gözləyirdilər və həmin gecədən sonra tezliklə müstəqilliklərini bərpa etdilər və bu, Sovet İttifaqının dağılmasının əsas katalizatoru oldu”.

Britaniyalı politoloq Bakıda 20 Yanvar anım mərasimlərində iştirak etdiyini də diqqətə çatdırıb:
“Mən Bakıda Qara Yanvarın anım mərasimlərində iştirak etmişəm, Şəhidlər Xiyabanında qəbirlərin üzərinə qərənfillər düzmüşəm. Şəhidlərin arasında potensialını, həyatını itirən çox sayda gənclər var idi...

Bu gün biz 20 Yanvar qurbanlarını hörmətlə anıb, bütöv və tam azad olmuş Azərbaycanın astanasında dayanaraq, gələcəyə baxırıq. Allah rəhmət eləsin”.
 
Xalidə Gəray, Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR