İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı nümayəndə qərbliləri İranı tərk etməyə çağırdı

 

Böyük Britaniya parlamentinin İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Alisia Körns bütün qərblilərə İranı dərhal tərk etməyi tövsiyə edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, o, habelə bəyan edib ki, İran hökuməti insanları “sevinclə” həbs etdiyini göstərib, çünki davam edən anti-hökumət etirazlarının güclənməsində günahı xarici güclərin üzərinə atmağa çalışır.

Onu da qeyd edək ki, Böyük Britaniyanın Leyboristlər partiyası Tehrana qarşı daha çox sanksiya tətbiq edilməsini tələb edib.

Böyük Britaniya SEPAH-a tam embarqo qoyub. Bununla bağlı Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli açıqlama verib.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR