İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyalı marşal NATO-ya Rusiya təhlükəsindən danışıb - "Ukrayna məğlub olsa..."

"Rusiyanın donanması, sualtı qayıqları və təyyarələri NATO-nu təhdid edir".

Musavat.com “The Telegraph”a istinadla xəbər verir ki, bunu Britaniya hərbi hava qüvvələrinin (HHQ) qərargah rəisi, marşal Mayk Uiqston deyib.

Yüksək rütbəli zabit bildirib ki, Moskva Ukraynadakı hazırkı münaqişədə məğlub olarsa, Rusiya hərbçiləri tərəfindən alyansa təhlükə illərlə davam edəcək. O qeyd edib ki, ölkədə hakimiyyət dəyişikliyi olsa belə vəziyyət dəyişməyəcək. Uiqston London və NATO-nu bu məsələyə diqqət yetirməyə çağırıb.

Daha əvvəl bildirilmişdi ki, Yaponiya və NATO Rusiya və Çinlə qarşıdurma yaratmaq üçün kiberməkanda və kosmosda əməkdaşlığı inkişaf etdirmək istəyirlər. Müvafiq saziş NATO-nun iyulda Litvada keçiriləcək sammiti çərçivəsində imzalana bilər.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR