Onlayn ictimai-siyasi qəzet
“Bloomberg” nəşri yazır ki, Britaniya hökuməti İran ali rəhbəri Əli Xameneinin siyasi məsələlər üzrə müşaviri Əli Şamxaninin oğlu Hüseyn Şəmxani ilə əlaqəsi olan “Nest Wise Trading Ltd” neft şirkətinə qarşı sərt tədbirlər görür.
Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, şirkət İran və Rusiya xam neftinin dünya üzrə hərəkətini asanlaşdıran “neft ticarəti imperiyasının” bir hissəsidir.
Bildirilib ki, Britaniya hökuməti şirkətdən əlavə məlumat istəyib və lazımi tədbirlər görülməzsə, bir neçə ay ərzində şirkətin bağlanacağını vurğulayıb.
Qeyd olunub ki, sözügedən şirkət neft və neft məhsullarının, filizlərin, metalların və kimyəvi maddələrin satışı sahəsində fəaliyyət göstərir.
Musavat.com
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ