İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyadan oliqarx xanımlarına SANKSİYA

Böyük Britaniya ruslara və rus şirkətlərinə qarşı sanksiyaları genişləndirib.

Musavat.com xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb. Məlumata görə, siyahıya bir neçə milyarderin qohumları daxildir.

Siyahıda Dövlət Dumasının deputatı, milyarder Andrey Skoçun atası və qızı, “Sistema” səhmdar maliyyə korporasiyasının qurucusu Vladimir Yevtuşenkovun həyat yoldaşı və uşaqları, Federasiya Şurasının Dağıstandan olan üzvü, milyarder Süleyman Kərimovun qızı və ukraynalı keçmiş oliqarx, Viktor Medvedçukun xanımı Oksana Marçenko da var.

Rusiyanın USM holdinqi də sanksiyalara məruz qalıb. Holdinq rusiyalı milyarderlərin reytinqində yeddinci yeri tutan Əlişir Usmanovun əsas aktivi sayılır. USM qrupuna “Metalloinvest”, “Udokankiy Med” və “MegaFon” şirkətləri daxildir. Usmanovun sərvəti 11,5 milyard dollar qiymətləndirilir.

Ümumilikdə, hazırda Böyük Britaniyanın sanksiya siyahısında 1559 fiziki və 184 hüquqi şəxs var.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR