İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada istehsal olunmuş pilotsuz təyyarə Qazaxıstanda qəzaya uğrayıb

Britaniyada istehsal olunmuş, Ukrayna ordusu tərəfindən istifadə edilən Banshee Jet 80 təyyarəsi Qazaxıstanın Manqistau vilayətinin Karakiya rayonunda aşkarlanıb.

Musavat.com xəbər verir ki, Rusiyanın SHOT Telegram kanalının məlumatına görə, pilotsuz uçan aparat yaşayış məntəqələrindən uzaqda yerə enib. Tələfat və dağıntı qeydə alınmayıb.

Banshee Jet 80 PUA 2022-ci ildən Ukrayna ordusunda xidmətdədir. O, 700 km-dən çox məsafə qət edə və 720 km/saat sürətə çata bilir.

Ehtimallara görə, qurğu Rusiya Federasiyasının Həştərxan vilayəti ərazisinə zərbə endirmək üçün istifadə oluna bilərdi.

Qazaxıstanın Müdafiə Nazirliyindən olayla bağlı heç bir rəsmi şərh verilməyib.

İyunun 19-da Lada.kz saytı naməlum pilotsuz uçan aparatın Manqistau vilayətində qəzaya uğraması barədə məlumat verib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR