Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyada hakim Leyboristlər Partiyasından olan deputat Mayk Eymsberi seçici ilə mübahisə edib və daha sonra onu döyüb.
Bu barədə "The Times" qəzetixəbər verir.
Nəşrin məlumatına görə, insident deputatın yerli paba baş çəkməsindən sonra baş verib. O, bir seçici ilə söhbətə başlayıb, ancaq məsələ yanacaq və Çeşir körpüsünün təmirə bağlanmasına gələndə deputat özündən çıxıb.
Eymsberi həmsöhbətinə hücum edərək ona 6 zərbə endirib. Bundan sonra deputat bir daha heç vaxt onu hədələməməyi seçicidən tələb edib.
Münaqişə nəticəsində Eymsberi işindən uzaqlaşdırılıb. Deputatın sözlərinə görə, o, dostları ilə axşam gəzintisindən sonra küçədə özünü təhlükədə hiss edib.//Oxu.Az
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ