İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistanda dövlət məmuruna sui-qəsd cəhdi - şübhəlilər saxlanılıb

Özbəkistanın Baş Prokurorluğu Prezident Administrasiyasının keçmiş əməkdaşı Komil Allamjonova hücumda şübhəli bilinən daha üç nəfərin saxlanıldığını bildirib.

Musavat.com yerli mediaya istinadla bildirir ki, hadisə oktyabrın 26-da Kibray rayonunda baş verib, Komil Allamjonovun evinin yaxınlığında ona basqın olub. İki naməlum şəxs odlu silahdan bir neçə dəfə atəş açaraq hadisə yerindən qaçıb. Sürücü və keçmiş məmur xəsarət almayıb.

Ertəsi gün, bazar günü səhər, şübhəlilərdən biri saxlanılıb.

İstintaq və əməliyyat axtarışı zamanı bu cinayəti törətməkdə şübhəli bilinən daha 3 nəfər müəyyən edilərək istintaqa cəlb edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR