İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Çinlə bağlı QADAĞA 

ABŞ Maliyyə Nazirliyi öz saytında Çinin və bəzi digər ölkələrin hərbi sahəsində istifadə oluna biləcək texnologiyalara Amerika investisiyalarını məhdudlaşdırmaq üçün nəzərdə tutulmuş qaydaları dərc edib.

Musavat.com sayta istinadən xəbər verir ki, qaydalara əlavə olunan şərhdə “narahatlıq doğuran” ölkələrin ABŞ milli təhlükəsizlik maraqlarını pozan həssas texnologiyaların və məhsulların inkişafını sürətləndirə biləcək üsullarla “ABŞ sərmayələrindən istifadə” etdiyi qeyd olunub.

Qaydalar ABŞ vətəndaşlarına Amerikanın milli təhlükəsizliyini təhdid edə biləcək texnologiyalara investisiya qoymağı qadağan edir və Xəzinədarlıq Departamentinin bir sıra müvafiq əməliyyatlar barədə məlumatlandırılmasını tələb edir.

Ağ Ev qeyd edib ki, “administrasiya Çin silahlı qüvvələrinin modernləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edən əsas texnologiyaların inkişafının qarşısını almaqla Amerikanın təhlükəsizliyini təmin etməyə çalışır”.

Qaydalarda yarımkeçiricilər, mikroelektronika, kvant informasiya texnologiyaları və süni intellekt qeyd olunur, çünki bu texnologiyalar hərbi sahədə yeni məhsullar üçün əsas ola bilər:

“ABŞ sərmayələri, o cümlədən idarəetmə yardımı və tez-tez kapital axını ilə müşayiət olunan investisiya və kadr şəbəkələrinə çıxış kimi qeyri-maddi faydalar maraqlı ölkələrə hərbi, kəşfiyyat və kiber imkanlarını inkişaf etdirmək üçün istifadə edilməməlidir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR