İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya və Fransa İranı Rusiyaya Ukraynada apardığı müharibədə dəstəyinə görə qınayıb

Böyük Britaniya və Fransanın xarici işlər nazirləri Ceyms Kleverli və Ketrin Kolonna İran hakimiyyətini etirazlara reaksiyalarına və Ukraynadakı vəziyyətlə bağlı Rusiyaya göstərdiyi dəstəyə görə qınayıblar.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin iki nazirin görüşünün yekunları üzrə yaydığı ikitərəfli bəyanatda deyilir.

“Nazirlər İranda qanuni dinc etirazların qəddarlıqla basdırılmasını pisləyiblər”, - kommünikedə deyilir.

Bununla yanaşı, iki ölkənin baş diplomatları Rusiyanın Ukraynada apardığı müharibədə Tehranın pilotsuz uçan aparatlarından istifadəsini pisləyiblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR