Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya tərəfi Səudiyyə Ərəbistanında amerikalı nümayəndə heyəti ilə danışıqlardan əvvəl Ukrayna rəsmilərinə məsləhətlər verir.
Musavat.com xəbər verir ki, bu barədə "The Times" qəzeti məlumat yayıb.
Məlumata görə, Böyük Britaniyanın milli təhlükəsizlik üzrə baş nazir müşaviri Conatan Pauell ötən həftəsonu Ukraynaya səfər edib və prezident Volodimir Zelenskiyə Kiyev nümayəndələrinin amerikalılarla aparılacaq danışıqlarda necə davranmalı olduğunu izah edib.
Qeyd olunur ki, Pauell ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Mayk Uoltsla da telefon danışığı aparıb və Vaşinqtonla Kiyev arasında kəşfiyyat məlumatlarının mübadiləsinin bərpasının vacibliyini vurğulayıb.
Londonda hesab edirlər ki, ABŞ prezidenti Donald Tramp administrasiyasının kəşfiyyat məlumatlarının mübadiləsini dayandırmaq qərarını ləğv etdirmək olduqca vacibdir. Bu məsələ Böyük Britaniyanın baş naziri Kir Starmerlə NATO baş katibi Mark Rütte arasında aparılan müzakirələrdə də qaldırılıb. Rütte yaxın günlərdə Vaşinqtona səfər edəcək.
Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ