İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya Türk Kiprini tanıya bilər - Orta Dəhliz planı...

İngilis deputat hesab edir ki, ölkəsinin Şimali Kipr Türk Cümhuriyyətini tanımaması üçün heç bir əngəl yoxdur; Qabil Hüseynli: “Bu problemin həlli bir adada iki dövlətin qurulması ideyasından keçir”

“Böyük Britaniyanın Şimali Kipr Türk Cümhuriyyətini tanımaması üçün heç bir səbəb görmürəm”. “Yeni Müsavat” bildirir ki, bu barədə britaniyalı deputat və parlament üzvü Semmi Uilson özünün “Yaxın Şərqdəki uğursuzluqdan sonra Qərb həll olunmamış münaqişənin təhlükələrini dərk etməlidir” adlı məqaləsində yazıb. O, Kipr Türk hökumətinin Yunan administrasiyasından (Cənubi Kipr) daha yaxşı tərəfdaş olduğunu qeyd edib. “Türk əhali, yunan əhalidən fərqli olaraq, heç vaxt adadakı hərbi bazaları təqib etmədi və onlara qarşı kampaniya aparmadı”, - Uilson qeyd edib. Xatırladaq ki, ŞKTC Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusa malikdir. Onu hələ ki, yalnız Türkiyə müstəqil dövlət kimi tanıyıb. Bakıda nümayəndəliyi fəaliyyət göstərir. Britaniyanın bu addıma getməsi TDT ölkələrinin Şimali Kipri tanımasını sürətləndirə bilərmi? Türk Kiprinin prezidenti Ersin Tatar Bakıda olub, azərbaycanlı həmkarı tərəfindən qəbul edilib. Zaman-zaman ŞKTC-nin müstəqilliyinin tanınması fikirləri səslənib. Eyni zamanda, TDT-nin Londonun dəstəklədiyi bir ideya olduğu da qeyd olunur. Orta Dəhlizin açılması, Londondan Pekin uzanan, Mərkəzi Asiyanın da daxil olduğu bu beynəlxalq logistika nəhəng Turan iqtisadi platformasıdır. Bunu Britaniya dəstəkləyir və Şimali Kiprə olan münasibət də buradan qaynaqlana bilər. Qeyd edək ki, 1974-cü ildə başlanan Kipr Hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. ŞKTR-nin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. 

Ermənistanın dünyaya qapısı açılır" - Qabil Hüseynli Yeni Sabah

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a qeyd etdi ki, yunan Kipri BMT-nin o vaxtkı baş katibi Koffi Annanın hazırladığı planı rədd etdi: “Halbuki kifayət qədər konstruktiv, ağlabatan bir layihə idi. Onun ardınca yunan Kipri Avropa Birliyinə daxil olmağı bacardı. Bu gün də bütün Kipri yunanlar təmsil edirlər. O zamandan Türkiyə türk Kiprini tanıdı. Əslində iki ayrı xalqdır, ayrı dövlətlərdir. Sadəcə, yunan Kiprinə ABŞ və Avropa tərəfkeşlik edir, bütün Kipr adından çıxış etməsinə şərait yaradır. Amma Koffi Annan planı ideya kimi özünə yer etməkdədir. Əgər İngiltərə bu fikrə düşübsə, Şimali Kiprin tanınması prosesi sürətlənə bilər”. Q.Hüseynli hesab edir ki, Azərbaycan bu işə müsbət yanaşır: “Hələ ki türk Kiprində mədəniyyət nümayəndəliyi açıb. Belə hesab etmək olar ki, gələcəkdə diplomatik səviyyədə tanındıqdan sonra səfirlik səviyyəsində münasibətlər də qurula bilər. İndiki status-kvoda Kiprin yunan icması heç bir konstruktiv addım atmaq istəmir, ədalətli bir ortaq dövlət layihəsini dəstəkləmir, Kipr türklərini əsarətində saxlamağa çalışır. Ona görə bu problemin həlli yolu bir adada iki fərqli dövlətin qurulması ideyasından keçir və bu proses də özünə yol açmaqdadır”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR