İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya kəşfiyyatı: Rusiyanın Ukraynadakı yeni strategiyası-rəqibi əldən salmaq, tükəndirmək

Rusiyanın bir il əvvəl əsas hədəfi bütün ölkəni ələ keçirmək və Ukrayna hökumətini devirməkdən ibarət olub. Lakin Ukrayna xalqının müqaviməti Moskvanın planlarını dəyişdirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə BBC Böyük Britaniya kəşfiyyatındakı qaynaqlarına söykənərək məlumat yayıb.

“Hələ ötən ilin aprelində bu planın iflasa uğradığı bəlli oldu. Bu səbəbdən Rusiya əsas diqqətini Donbasda və cənubda öz gücünü genişləndirməyə və möhkəmləndirməyə yönəltdi. Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, bu, ləng və çox baha başa gələn proses olub. Britaniya analitiklərinin rəyinə görə, son həftələr Rusiya hədəflərini yenidən dəyişib.

İndi onun kampaniyası çox güman ki, yeni əhəmiyyətli ərazilərin ələ keçirilməsinə deyil, ilk növbədə Ukrayna silahlı qüvvələrinin deqradasiyasına yönəlib. Rusiya rəhbərliyi çox güman ki, Ukraynanı gücdən salmaq və tükəndirmək strategiyasına üstünlük verir. Kreml burada Rusiyanın əhali və resurslar baxımından üstünlüklərinə ümid edir".

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR