İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynaya silah yardımlarını izləmək üçün GÖRÜN NƏ EDİB - Britaniya kəşfiyyatı İFŞA ETDİ

Rusiya Ukraynada və Avropada yerləşən minlərlə müşahidə kamerasını sındıraraq, Ukrayna Silahlı Qüvvələrinə göndərilən hərbi yardımların marşrutunu izləyib.

Musavat.com xəbər verir ki, bu barədə "The Guardian" Britaniya kəşfiyyatına istinadən məlumat yayıb.

Bildirilir ki, əsasən hərbi obyektlər və dəmir yolu stansiyalarının yaxınlığında yerləşən 10 minə yaxın müşahidə kamerası Rusiya tərəfindən izləmə məqsədilə ələ keçirilib.

Bu kameraların 80 faizi (təxminən 8 min ədəd) Ukraynada, 10 faizi Rumıniyada, 4 faizi Polşada, 2,8 faizi Macarıstanda və 1,7 faizi Slovakiyada yerləşib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR