İnsanlara hürriyət, millətlərə istiqlal!

Ənənəvi Müəllim, Rəqəmsal Auditoriya: TikTok-da Bilik İnqilabı

Rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə müəllimlərin auditoriyaya çıxışı artıq sinif otaqları ilə məhdudlaşmır. Bugünün müəllimləri təhsili yalnız məktəbdə deyil, sosial mediada da davam etdirirlər. Xüsusilə TikTok platforması, qısa və təsirli video formatı ilə müəllimlər üçün yeni bir maarifləndirmə meydanına çevrilib.

Belə ki, hazırda TikTok platformasında #AzərbaycanMüəllimləri müsabiqəsi keçirilir. Elm və Təhsil Nazirliyinin dəstəyi ilə başlanan bu kampaniya çərçivəsində məktəb, kollec və universitet müəllimləri 5 maydan 1 iyuna kimi tədris etdikləri fənlə bağlı maarifləndirici videolar paylaşaraq müsabiqəyə qatılırlar. Bu təşəbbüs, müəllimlərin kreativliyini təşviq etməklə yanaşı, geniş auditoriyalara faydalı və əyləncəli tədris kontenti təqdim etməyə imkan yaradır.

Bu məqalədə TikTok-da dərs keçən müəllimlərin fəaliyyətinə nəzər salacaq, onların paylaşımlarının cəmiyyətə və təhsilə necə töhfə verdiyini araşdıracağıq.

TikTok-da riyaziyyat müəlliməsi: mürəkkəb məsələləri sadə və trend dərslərə çevirir

Bu TikTok hesabının müəllifi riyaziyyat dərslərini maraqlı və anlaşılan şəkildə təqdim edir. Rəqəmsal platformaların təhsildə rolunun artdığı dövrdə Nərmin (@riyaziyyatonlinee)  müəllimə TikTok-da riyaziyyatın təbliğində özünəməxsus yer qazanıb. Onun hesabı qısa müddətdə geniş auditoriyanın diqqətini çəkərək minlərlə izləyici toplayıb. Bu uğurun sirri isə sadədir – yalnız riyaziyyat və anlaşılan izahlar!

Yaradıcı hər bir tapşırığı yazılı şəkildə addım-addım izah edir, bu da xüsusilə abituriyentlər və məktəblilər üçün mükəmməl tədris mənbəsi rolunu oynayır. Bəzi videoları artıq 1,5 milyon baxış sayı toplayaraq onun təhsil məzmununa olan böyük marağı təsdiqləyir.

Riyaziyyat kimi bəzən çətin görünən bir fənni sevdirmək və onu gündəlik TikTok trendinə çevirmək hər müəllimin bacaracağı iş deyil. Amma Nərmin müəllimə göstərir ki, peşəkarlıqla hazırlanmış sadə bir izah da milyonlarla izləyici üçün faydalı ola bilər.

 
TikTok-da Ana Dilini Sevdirməyi Bacaran Müəllimə

        Dilimizi sevdirən və düzgün istifadəsinə diqqət çəkən müəllimlərdən biri də TikTok-da fəaliyyət göstərən bu kreativ Azərbaycan dili müəlliməsidir (@azerbaycandili.narmina). Onun səhifəsi təkcə məzmunu ilə deyil, xüsusi dizayn üslubu və vahid stilistikası ilə də fərqlənir.

Müəllimənin hazırladığı bütün videolar eyni vizual formatda təqdim olunur, bu da izləyicidə ardıcıllıq və peşəkarlıq təəssüratı yaradır. Mövzular isə gündəlik həyatımızda tez-tez istifadə etdiyimiz sözlərin düzgün yazılış formaları, qrammatik qaydalar və Azərbaycan dili ilə bağlı diqqət yetirilməli vacib məqamları əhatə edir.

Ən böyük maraq isə sual-cavab formatlı paylaşımlara göstərilir. "Sizcə, bu sözün düzgün yazılışı hansıdır? Hansı söz mürəkkbə quruluşdadır? və s." – kimi tipli suallarla izləyicilər rəylərdə aktiv iştirak edir, öz fikirlərini bildirirlər. Bu yanaşma təkcə öyrədir deyil, eyni zamanda interaktiv tədris mühiti yaradır.

Azərbaycan Dili Dərslərini TikTok-da Viral Edən Müəllimə

        Enerjisi, yaradıcı yanaşması ilə seçilən gənc Azərbaycan dili və ədəbiyyat müəlliməsi (@narmin_dersler) TikTok izləyicilərinin diqqətini çəkməyə davam edir. Onun səhifəsi yalnız dərs mövzuları ilə deyil, eyni zamanda şəxsi inkişaf və trend videolarla da zəngindir.

Müəllimə dərs prosesini sadə, vizual və yadda qalan formada təqdim edir. Xüsusilə feldən fel düzəldən şəkilçiləri yadda saxlamaq üçün yaratdığı kreativ üsul geniş marağa səbəb olub – bu video artıq 651 minə yaxın baxış toplayaraq viral hal alıb.

Onun kontenti göstərir ki, təhsil və trendlər bir araya gələndə nəticə həm öyrədici, həm də əyləncəli ola bilər.

Çətin Fənni Hobbiyə Çevirən Müəllimə: Kimya Dərsləri ilə Rəqəmsal Uğur

Kimya fənni çoxları üçün çətin və anlaşılmaz görünsə də, bu yaradıcı müəllimə (@kimyanatavanmuradova) TikTok-da elmi sadə dillə izah edərək abituriyentlər üçün əsl dəstək mənbəyinə çevrilib.

Onun videolarında kimya testləri mərhələli və anlaşılan şəkildə təqdim olunur. Hər izah konkret və vizuallarla dəstəkləndiyi üçün şagirdlər üçün mövzuların mənimsənməsi daha rahat olur.

Abituriyent hazırlığı dövründə sürətli və effektiv tədris axtaranlar üçün bu hesab ideal seçimdir. Müəllimənin məqsədyönlü və peşəkar yanaşması göstərir ki, kimya da sosial şəbəkələrdə maraqlı və cəlbedici ola bilər.

Nəticə etibarilə, TikTok-da dərs deyən müəllimlər ənənəvi təhsili rəqəmsal dünyaya daşıyaraq həm şagirdlərə, həm də valideynlərə yeni öyrənmə imkanları yaradırlar. Onların yaratdığı kontent yalnız bilik vermir, həm də maarifləndirici, interaktiv və motivasiyaedici xarakter daşıyır. Bu müəllimlər sübut edirlər ki, təhsil istənilən platformada, yaradıcı yanaşma ilə uğurla təqdim oluna bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR