İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniya baş naziri Starmer Tramp ilə Ukrayna üzrə sazişi müzakirə edəcək

Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Donald Tramp ilə Ukrayna üzrə təhlükəsizlik zəmanətlərini müzakirə etməyi planlaşdırır.

“Yaxın günlərdə prezident Tramp ilə görüşəcəyəm və G7 tərəfdaşlarımızla birlikdə bizə lazım olan möhkəm razılaşmanın əldə olunması üçün çalışacağam”.

Musavat.com xəbər verir ki, bunu  Starmer "Telegraph" qəzetinə deyib.

O həmçinin vurğulayıb ki, “sülh istənilən qiymətə əldə edilə bilməz”.

Bundan əvvəl Starmer bildirmişdi ki, London lazım gələrsə, Ukraynaya təhlükəsizlik zəmanətlərini təmin etmək üçün öz qoşunlarını göndərməyə hazırdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR