İnsanlara hürriyət, millətlərə istiqlal!

Brilliant: "Rafael Dadaşov özünü belə məhv etdi"

"Çoxunuzdan nigaranam. Sual verirsiniz ki, kondisionersiz nece dayanırsınız? Belə necə yaşamaq olar? Günəş Allahın bizə verdiyi lütfdür. Yay ayları çox qısadır. Günəş şüalarını qəbul etmək lazımdır".

Bu sözləri Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə deyib.

O, mərhum əmisioğlu, aktyor Rafael Dadaşovun ağciyərlərinə kondisionerə görə su yığıldığını bildirib:

"Bir çox həkimlərimiz deyir ki, günəş şüaları da ziyandır. Amma kondisioner ondan da zərərlidir. Ən pisi də odur ki, kondisioner altında yatan insanlar var. Bu çox təhlükəlidir, fəsadları ağır olur. Əminəm ki, əmimoğlu Rafael Dadaşov da özünü kondisionerlə məhv etdi. Sağlam bədənində ağciyərinə su gəlməsi nə demək idi? Ona dəfələrlə deyirdim ki, lazım deyil. Çox pis vərdişdir. Günəşə birtəhər dözmək lazımdır. Adam sonra öyəşir. Amma kondisionerdə oturanda isə sonra imtina etmək olmur. Makiyajıma görə arada kondisionerdən istifadə edirəm, amma sonra 2-3 gün özümə gələ bilmirəm".

Qeyd edək ki, Rafael Dadaşov 2020-ci ilin martında dünyasını dəyişib. Aktyor ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş və daha sonra vəfat etmişdi. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR