Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə arxiv videosunu paylaşıb.
Həmin görüntülərdə mərhum Xalq artisti Mirzə Babayev də yer alıb.
Konsertdən lentə alınan kadrları izləyiciləri ilə bölüşən sənətçi bunları yazıb:
"1990-cı illərdə Moskvada "Ostankino" zalında konsert verən ilk azərbaycanlı müğənni idim. Hərçənd ki, bu ilklər fəaliyyətimdə çoxdur, amma birincilik, statistika, kəmiyyət mənim üçün heç vaxt önəmli olmayıb. Keyfiyyət, musiqi və sevgi daha vacibdir. Necə həyəcan və məsuliyyətlə görüşə hazırlaşırdıq. Mirzə dayı ilə içdən, səmimən duetlər oxumuşduq. Musiqimizin dili qəlbimizin dili ilə eyni idi o zamanlar. Yaxşı ki, məni dinləyənlər də dəyişməyib". (Axşam.az)
03 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ