İnsanlara hürriyət, millətlərə istiqlal!

Brent 70 dollar olacaq – Nüfuzlu bank proqnozunu yenə azaltdı

Citigroup analitikləri Brent markalı neftlə bağlı qısamüddətli proqnozlarını bir barel üçün 74 dollardan 70 dollara qədər endiriblər.

Musavat.com bankın açıqladığı hesabata istinadən xəbər verir ki, buna səbəb İsrailin keçən həftə İran hərbi obyektlərinə zərbələrindən sonra eskalasiya riskinin azalmasıdır.

Xəbər verdiyimiz kimi, İsrail oktyabrın 26-na keçən gecə İranın hərbi obyektlərinə bir sıra hava zərbələri endirib. Bu hücum İsrailin oktyabrın 1-də İran qüvvələrinin ölkəyə hücumuna cavabı olub. İsrailin İranın neft obyektlərinə hücum etməməsi, eləcə də ümumilikdə hücumun miqyasının gözləniləndən daha kiçik olması regionda münaqişənin mümkün gərginləşməsi ilə bağlı qorxuları azaldıb.

Citi ekspertləri gələn ilin birinci rübündə Brent neftinin bir barelinin orta hesabla 65 dollara, ikincisində isə 60 dollara satılacağı proqnozunu təsdiqləyiblər.

Bank optimist ssenaridə neftin qiymətinin 120 dollar/barel səviyyəsinə qalxacağını istisna etmir, lakin onlar belə bir ehtimalı 10 faizdən az qiymətləndirirlər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR