İnsanlara hürriyət, millətlərə istiqlal!

Braziliyada 41 minə yaxın uşaq pandemiya səbəbindən anasız qalıb

Braziliyada pandemiyanın ilk iki ili ərzində azı 40.380 uşaq və yeniyetmə COVID-19 nəticəsində analarını itirib.

AZƏRTAC xəbər verir ki, biologiya elmləri üzrə federal tədqiqat müəssisəsi – Osvaldo Kruz Fondu tərəfindən dərc edilmiş araşdırmaya görə, doğuş zamanı fəsadlarla əlaqədar gənc qadınlar arasında ölüm hallarının üçdəbir hissəsinə səbəb COVID-19 olub. Bu, 2009-cu ilin müvafiq göstəricisi ilə müqayisədə Braziliyada ana ölümünün 37 faiz artması deməkdir.

Fondun məlumatına görə, pandemiyanın ilk iki ili ərzində Braziliyada diri doğulmuş hər min körpədən birinin anası ölüb.

2020-ci və 2021-ci illərdə Braziliyada qeydə alınmış bütün ölüm hallarının beşdəbir hissəsinə səbəb COVID-19 olub. Pandemiyanın ən qızğın dövründə - 2021-ci ilin mart ayında orta hesabla hər gün 4 minə yaxın adam ölüb.

Tədqiqatçıların fikrincə, ölkədə iqtisadi böhran, aclığın yenidən başlanması və sosial proqramlarda növbənin artması nəzərə alınaraq cəmiyyəti uşaqların müdafiəsinə səfərbər etmək, “pandemiya yetimləri”nə diqqəti artırmaq lazımdır.

Təqribən üç il bundan əvvəl COVID-19 pandemiyası başlanandan bəri Braziliyada 36.124.337 yoluxma və 692.743 ölüm faktı qeydə alınıb. Rəsmi məlumata görə, Braziliya koronavirus pandemiyasından ən çox zərər çəkmiş ölkələrdən biridir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR