İnsanlara hürriyət, millətlərə istiqlal!

BP-nin xalis mənfəəti 40 dəfə azalıb

Böyük Britaniyanın BP şirkəti ötən ilin dördüncü rübünü xalis zərərlə başa vurub.

Musavat.com şirkətin rüblük hesabatına istinadən xəbər verir ki, BP-nin mənfəəti dörd ilin ən aşağı səviyyəsinə düşüb.

Hesabata görə, 2024-cü ilin oktyabr-dekabr aylarında xalis zərər 2023-cü ilin eyni dövrü üçün əldə edilmiş 371 milyon dollar mənfəətlə müqayisədə 1,959 milyard dollar təşkil edib.

Ehtiyatların dəyişdirilməsi xərclərinə düzəliş edilmiş mənfəət bir il əvvəlki 2,991 milyard dollardan 1,169 milyard dollara düşüb. Bloomberg-in sorğusuna qatılan ekspertlər bu rəqəmi orta hesabla 1,3 milyard dollar proqnozlaşdırmışdılar.

2024-cü ilin ümumi nəticələrinə əsasən, BP xalis mənfəətini bir il əvvəlki 15,239 milyard dollardan 381 milyon dollara endirib. Düzəliş edilmiş mənfəət 13,836 milyard dollardan 8,915 milyard dollara düşüb.

Şirkətin əsaslı xərcləri dördüncü rübdə 3,7 milyard dollar, bütün ötən il ərzində isə 16,2 milyard dollar təşkil edib.

BP-nin bazar dəyəri son üç ayda demək olar ki, 25 faiz artıb.

Qeyd edək ki, BP şirkəti ötən il bir sıra aktivlərini, o cümlədən Azərbaycan qazını Avropaya çatdıran TAP boru kəmərindəki payının bir qismini satıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR