İnsanlara hürriyət, millətlərə istiqlal!

BP Kərkükə qayıdır: Yeni sazişdə nələr var?

Böyük Britaniyanın BP şirkəti İraq hökuməti ilə ölkənin şimalında yerləşən, türkmənlərin yaşadığı Kərkük əyalətində iri neft yatağına sərmayə qoymaq barədə razılığa gəlib.

Musavat.com şirkətin yaydığı açıqlamaya istinadən xəbər verir ki, bağlanan sazişlər hasilatın sabitləşməsi və artımı, qazma proqramı, mövcud quyu və qurğuların bərpası, o cümlədən yeni infrastrukturun tikintisi, qaz yataqlarının genişləndirilməsi layihələri, kəşfiyyata investisiya potensialı nəzərdə tutur. Sənəd İraq hökuməti tərəfindən yekun ratifikasiyadan keçməlidir.

İlkin mərhələdə neft və qazın ümumi hasilatının neft ekvivalentində 3 milyard bareldən çox olacağı gözlənilir. Layihəyə Kərkük neft yatağının Baba və Avanah strukturları və federal ərazidə yerləşən üç ona bitişik yataq - Bai Hassan, Cambur və Khabbaz daxildir - bunların hamısı hazırda MOK tərəfindən idarə olunur. Müqavilə və ona bitişik ərazilər daxilində daha geniş resurs potensialının 20 milyard barelə qədər olması gözlənilir.

Saziş təsdiqləndikdən sonra BP yeni operator şirkəti yaratmağı planlaşdırır. Bu şirkət əsasən İraqın Şimali Neft Şirkəti (NOC) və North Gas Company (NGC) əməkdaşlarından, həmçinin Böyük Britaniya şirkətinin ezam olunmuş əməkdaşlarından ibarət olacaq. Gələcəkdə BP operatordakı maraqlarını saxlamaq üçün birgə müəssisə yaratmağa ümid edir.

Müqavilə BP və İraq arasında 2024-cü ilin iyulunda imzalanmış, texniki şərtləri dekabrda və əksər kommersiya şərtləri 2025-ci ilin yanvarında razılaşdırılmış anlaşma memorandumundan, eləcə də BP-nin Kərkük yataqlarında 2013-cü ildən 2019-cu ilədək apardığı əvvəlki işlərdən irəli gəlir.
BP layihənin icrasına 2025-ci ildə başlanacağını gözləyir.

Qeyd edək ki, BP 1920-ci illərdə Kərkükdə neft kəşf edən neft şirkətləri konsorsiumunun üzvü idi. 2013-cü ildən 2019-cu ilə qədər şirkət İraqın Neft Nazirliyi və MOK ilə birlikdə yatağın yenidən işlənməsi potensialının araşdırılması üzrə texniki tədqiqatlar aparıb.

Kərkük neft yatağı qismən İraqın şimal-şərqindəki Kərkük vilayətində, qismən də İraq Kürdüstanının Ərbil vilayətində yerləşir. Onun ehtiyatları 8,7 milyard barel təşkil edir. Mədən işlərinə 1934-cü ildə başlanılıb.

2020-ci ildə yataqda hasilat Kərkük bölgəsi üzrə 60 min barel civarında olub. Halbuki olduğu 2018-ci ilin əvvəlində bu rəqəm 140-150 min barel idi.2019-cu ildə tamamlanan müqavilənin şərtlərinə əsasən, BP hasilatı sutkada 750 min barelə (gündə) çatdırmaq üçün zəruri tədqiqatları aparmalı idi.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Fevral 2025

26 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR