İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük təhlükəyə hazırlıq BAŞLADI - Bu ölkə TƏCİLİ hərəkətə keçdi

Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DSNS) Rusiyanın nəzarətində olan Zaporojya Atom Elektrik Stansiyasında baş verə biləcək radiasiya qəzasına qarşı təlim keçirdiklərini açıqlayıb.

Musavat.com xəbər verir ki, DSNS rəsmiləri tərəfindən verilən açıqlamaya görə, təlimdə qəzadan sonra mümkün radiasiya çirklənməsinə qarşı təmizləyici stansiyaların qurulması, çirklənmiş ərazilərdə ölçmələr və radiasiya təmizliyi kimi işlər aparılıb.

"Təlimdə 800-dən çox təcili yardım əməkdaşı iştirak edib. Xilasetmə qrupları nəqliyyat vasitələrini və insanları radiasiyadan təmizləyib, radiasiyaya məruz qalan insanların müalicəsi üçün çöl çadırları qurub, ətraf mühitdə mümkün radiasiya çirklənməsinə qarşı tədbir görüb" - məlumatda vurğulanıb.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR