İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük şirkətlərdən yarım milyard dollarlıq dvidend

Britaniyanın “Janus Henderson İnvestors” şirkətinin araşdırmasına görə, 2023-cü ilin ikinci rübündə dünyanın ən böyük şirkətləri tərəfindən ödənilən dividentlərin ümumi həcmi illik ifadədə 4,9 faizartaraq 568 milyard dollara çatıb. “Bu, rekord göstəricidir, lakin onun ABŞ-da artım tempi ardıcıl altıncı rübdür ki, yavaşlayır”, - “MarketWatch” qeyd edir.

Dünyada iqtisadi aktivliyin gözlənilən zəifləməsinə baxmayaraq, “Janus Henderson” ekspertləri 2023-cü il üçün divident proqnozunu 1,64 trilyon dollar səviyyəsində saxlayıblar ki, bu da rekord göstərici olacaq. Bu, ötənilki həcmdən 5 faiz çoxdur.

Ekspertlərə görə, bazarlar 2022-ci ildə bütün zamanların ən yüksək səviyyəsinə yüksəldikdən sonra qlobal mənfəətin bu il sabit qalacağını gözləyirlər.

İkinci rübdə bank sektorunda dividendlərin artımı 19,7 faiz - 85,3 milyard dollara qədər olub. Ümumi artımın yarısını bank sektoru təmin edib və ekspertlər bu tendensiyanın davam edəcəyini gözləyirlər.

Aprel-iyun aylarında ABŞ-da divident ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz artaraq 148 milyard dollar təşkil edib. Ən əhəmiyyətli divident endirimi “Intel Corp” tərəfindən edilib.

Avropada divident ödənişləri 9,7 faiz artaraq 184,5 milyard dollara çatıb.

İkinci rübdə divident fondları üzrə dünya lideri İsveçrənin “Nestle” şirkəti olub, ardınca “HSBC”, “Mercedes-Benz”, “China Mobile”, “Bayerische Motoren Werke AG”, “BNP Paribas”, “Microsoft Corp.”, “Allianz”, “Sanofi” və “Axa” gəlir. Onların ödənişləri birlikdə 57,5 ​​milyard dollar təşkil edib ki, bu da ümumi məbləğin 10 faizdən çoxunu təşkil edir.

Qeyd edək ki, “Janus Henderson”un qlobal divident tendensiyalarını təhlil edən rüblük sorğusu dünyanın bazar dəyərinə görə 1200 ən böyük şirkətinin məlumatlarını nəzərə alır. Qurum 2009-cu ildən fəaliyyət göstərir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR