İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük müharibənin kuryoz hadisələri -Eyni ölkənin hərbçiləri bir-birinə atəş açıb

II dünya müharibəsi dövründə bəzən müttəfiqlər bir-birini atəşə tutub, bəzən isə eyni dövlətin hərbçiləri arasında analoji hal baş verib. Hadisələr əsasən qoşunlar arasında zəif qarşılıqlı əlaqə, əlverişsiz hava şəraiti, döyüşün gərgin olması ilə bağlı olub.

Çoxlu meyit görən hərbçilərin stressli olması, ən əsası öz həyatlarının təhlükə altında olduğunu anladıqları vaxt düşüncəsiz addımlar atmaları da öz rolunu oynayıb. Nəticədə artilleriya və aviasiya öz bölmələrinin yerləşdiyi yerə atəş açıb və öz əsgərlərini düşmən kimi qəbul edib.

Kiska adasına hücum

3a4db08c-3d61-40e5-ba5b-afcbff945498.jpg (91 KB)

1943-cü ildə Aleut arxipelaqında yerləşən Kiska adasının azad edilməsi ilə bağlı “Kottec” əməliyyatı başlayıb. Əməliyyata əsasən adanı qoruyan on minlik yapon qarnizonu tamamilə məhv edilməli idi. Bunun üçün ada ABŞ və Kanadadan olan 35 min əsgər və 100-dən çox hərbi gəmi tərəfindən mühasirəyə alınıb. Üç həftə ərzində amerikalılar 330 ton mərmi və 420 ton bomba istifadə edərək Kiskanı intensiv şəkildə atəşə tutub, bombalayıblar.

Hücum 1943-cü il avqustun 15-də başlayıb. Amerikalılar sahildə müqavimətlə qarşılaşmayıblar və yaponların əvvəllər qonşu Attu adasında baş verdiyi kimi qüvvələrini yüksəkliklərdə cəmlədiyinə inanıblar.

2ee04af4-10a5-4156-a783-ac4e411fcff1.jpg (212 KB)

Aleut adalarında isə pis hava adi haldır. Hücum günləri də yağış yağıb və qatı duman olub. Avqustun 17-də amerikalı hərbçi bunkerə baxış keçirərkən təsadüfən ayağı ilə minaya toxunub. Bu zaman kanadalılar partlayış səsi eşidib və bunkerə durmadan atəş açıblar. Amerikalılar isə kanadalıları yapon ordusunun hərbçiləri zənn edərək cavab atəşi açıblar.

Hətta ABŞ hərbi dəniz qüvvələrinin esminesi öz əsgərlərinə kömək etmək qərarına gəlib və müttəfiqləri artilleriya atəşinə tutub. Eyni zamanda gəmi manevr edərkən Yaponiya ordusunun yerləşdirdiyi minalardan birinə düşüb. Nəticədə, ABŞ və Kanadanın 32 hərbçisi ölüb, 130-dan çox dənizçi yaralanıb. Digər gəmidə olan 130-dan çox hərbçi şaxtaya görə xəstəxanaya göndərilib.

cbe34402-b613-442f-a36c-2309b904891d.jpg (50 KB)

Əməliyyat isə boş-boşuna olub. Çünki iyulun 28-də yaponlar qatı dumandan istifadə edərək 5 180 nəfərlik qarnizonu 2 kreyser və 6 esmines vasitəsilə təxliyə edibmişlər.

“Wikinger” əməliyyatı

Eyni dərəcədə maraqlı bir hadisə II dünya müharibəsinin başlanğıcında nasistlərin başına gəlib. 1940-ci ilin əvvəlində Böyük Britaniya donanması Almaniya donanmasından daha güclü olub, lakin yenə də nasistlər şimal dənizində ingilis trauler gəmilərinə hücum etmək qərarına gəlib.

7d3015a5-bd4e-400e-97fa-0eab965c64eb.jpg (143 KB)

Beləliklə, Hitler ingilis gəmilərinin əhəmiyyətli bir hissəsini başqa istiqamətə yönəltməyə məcbur etməyə çalışıb. 22 fevral 1940-cı ildə altı yeni Almaniya esminesi müdafiəsiz balıqçı gəmilərini batırmaq üçün yola düşüb. Bu zaman Vermaxtın bombardmançısı “Henkel-111” şimal dənizində ingilis ticarət gəmilərini axtarırmış.

Esminesin ekipajı öz təyyarəsini Britaniya qırıcısı ilə səhv salıb və ona atəş açıb. Nəticədə bombardmançı təyyarənin komandirində gəmilərin Böyük Britaniyaya məxsus olmasına dair heç bir şübhə qalmayıb və o, gəmiləri batırmaq üçün hücuma keçib. Bombalar hədəfə dəyib və “Leberext Maas” esminesi partlayaraq batıb.

961e2d1d-1373-4382-8952-4bd51e9f7d9e.jpg (138 KB)

Bu zaman ikinci “Maks Şults” esminesi bombalardan uzaqlaşmaq üçün manevr edərkən minaya toxunub. Partlayışda esmines ciddi zədələnib.

Digər gəmilərin ekipajı “Şults”un ingilis sualtı qayığının hücumuna məruz qaldığına inanıb və kütləvi çaxnaşma başlayıb. Almanlar dənizdə batan hərbçiləri xilas etməyi dayandırıb və mövcud olmayan sualtı qayıqdan uzaqlaşmaq istəyib. Bu zaman esmineslərdən biri “Maks”dan olan xilasedici qayığa çırpılıb, digərinin isə özünün atdığı bombanın partlaması nəticəsində sükanı zədələnib.

3e08fc29-7c88-4a63-8464-0fb8f8a47618.jpg (42 KB)

Nəticədə “Vikinq” əməliyyatı uğursuz olub və Almaniya tərəfinin itkiləri 2 esmines və 578 dənizçi təşkil edib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR