İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski istefa verməyə hazır olduğunu bildirdi

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ilə müharibə uğurla başa çatarsa, növbəti prezident seçkilərində iştirakdan imtina edə bilər.

Musavat.com xəbər verir ki, bu barədə o, "Axios"a müsahibəsində danışıb.

Jurnalistin “Müharibə başa çatdıqdan sonra işinizi tamam hesab edirsinizmi?” sualına Zelenski “hazıram” cavabını verib.

Prezident əlavə edib ki, atəşkəs əldə olunarsa, Ali Radaya seçkilərin təşkili üçün müraciət edəcək.

“Ruslarla müharibəni bitirsək, bəli, namizəd olmamağa hazıram. Bu çətin zamanda ölkəmin yanında olmaq, ölkəmə kömək etmək istəyirdim. Mən həmişə buna can atmışam. Məqsədim müharibəni bitirməkdir”, – Zelenski vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR