İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyanın İrandakı səfirinə 4-cü dəfə etiraz notası təqdim olunub

Ötən bazar günü Böyük Britaniyanın İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim olunub.

AZƏRTAC xəbər verir ki, ötən həftə ərzində Böyük Britaniyanın İrandakı səfiri Saymon Şerkklif 4-cü dəfədir XİN-ə çağırılır. Noyabrın 20-də İran XİN-ə çağırılan səfirə Londonda İran səfirliyinə hücumla və bayrağa göstərilən hörmətsizliklə bağlı etiraz bildirilib.

Səfirin nəzərinə çatdırılıb ki, Böyük Britaniya İranın daxili işlərinə qarsımağa cəhd edir. Bununla yanaşı, səfirə bildirilib ki, beynəlxalq konvensiyaya əsasən Britaniya hökuməti İranın londondakı səfirliyinin təhlükəsizliyini təmin etməlidir. Lakin polis səfirliyi hücum edib İran bayrağını təhqir edənlərə qarşı heç bir tədbir görməyib.

Səfir etiraz notasını dərhal öz hökumətinə çatdıracağını bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR