İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniyanın baş naziri Ukraynanı “bu gün və həmişə” dəstəkləyəcəyinə söz verib  

Böyük Britaniyanın baş naziri Key Starmer ukraynalıları avqustun 24-də qeyd olunan Müstəqillik Günü münasibətilə təbrik edib.

“Mənim bütün ukraynalılara mesajım istər cəbhədə, istərsə də Böyük Britaniyadakı ikinci evinizdə olsun, aydındır: biz bu gün və həmişə sizinləyik”, - deyə Starmer bildirib.

“Prezident Zelenski Nazirlər Kabinetinin masasında oturanda bunu söylədim, burada Britaniya xalqı adından ona Ukraynanın arxasında təkcə Britaniya hökumətinin deyil, hamımızın dayandığını bildirdim. Nə qədər lazımdırsa, biz sizinlə olacağıq”, - deyə Starmer ukrayna dilində təbrikini bildirib.

Qeyd edək ki, Vladimir Zelenski həqiqətən bu ilin iyulun əvvəlində hökumətinin ilk iclaslarından birində iştirak edib. Bu, xarici qonaqlar üçün nadir bir imtiyazdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR