Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Ault növbəti dəfə rəngarəng və yumoristik paylaşımı ilə diqqət çəkib.
Musavat.com-un məlumatına görə, səfir İçərişəhərdə Şotlandiya milli geyimi olan kiltdə gəzərək maraqlı səhnə canlandırıb.
Fergus Ault Şotlandiyanın milli musiqi aləti olan qaidanı (tuluq zurnası) ifa etməyə çalışıb. Amma bunu onun əvəzinə bu alətin mahir ifaçısı edib. Səfirlə musiqiçi arasında azərbaycanca kiçik dialoq da yer alıb. Daha sonra musiüiçi Şotlandiya alətində "çip çip cücələrim", musiqisini ifa edib.
Səfir bu maraqlı görüntüləri rəsmi Instagram hesabında da paylaşıb və Bakı küçələrində gəzərkən insanların diqqətini cəlb edib.
Azərbaycan mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşan səfir, diplomatik korpusa nümunə olacaq birisidir.
O, eyni zamanda Böyük Britaniyanın tərkib hissəsi olan Şotlandiyanın milli adət-ənənələrini Bakı küçələrində canlandırması ilə izləyicilərdən böyük maraq görüb.
Səfirin bu addımı sosial mediada geniş müzakirə olunub və Azərbaycan xalqının qonaqpərvərliyinə olan müsbət münasibətini bir daha nümayiş etdirdiyi qeyd edilib.
Musavat.com
05 Fevral 2025
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ