Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib.
Musavat.com xəbər verir ki, məlumatı Britaniya Xarici İşlər Nazirliyi yayıb. Məlumatdan aydın olur ki, London Rusiya neftini daşıyan kölgə donanmaya daxil olan 135 tankeri sanksiya siyahısına əlavə edib.
Bildirilir ki, bu tankerlər 202ü-cü ilin əvvəlindən qeyri-qanuni olaraq 24 milyard dollarlıq Rusiya nefti daşıyıblar.
Britaniya hökuməti həmçinin Rusiyanın LUKOIL şirkətinin Dubayda yerləşən ticarət bölməsi olan Litasco Middle East DMCC-ni də sanksiya siyahısına əlavə edib. İyulun 21-dən etibarən Litasco Middle East-in aktivləri dondurulmuş hesab olunur, şirkətə trast xidmətləri göstərməsi də qadağandır.
Eyni zamanda Britaniya Xəzinədarlığının Maliyyə Sanksiyalarının Tətbiqi Ofisi (OFSI) Litasco Middle East şirkəti ilə işləyən hüquqi şəxslərə bu əməkdaşlığı dayandırmaq üçün sentyabrın 18-dək müddət təyin edib.
May ayında Litasco Middle East DMCC-nin Avropa İttifaqının sanksiya siyahısına daxil edilməsinə Macarıstan imkan verməyib.
Böyük Britaniya hökuməti həmçinin Rusiya ixracatının maraqları naminə Qabon bayrağı altında “kölgə donanmasının” qeydiyyata alınmasına cavabdeh olan “Intershipping Services” MMC-yə qarşı sanksiyalar tətbiq edib. Bildirilir ki, Intershipping Services gəmiləri ildə 10 milyard dollar dəyərində mallar nəql edir.
Musavat.com
22 Iyul 2025
21 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ