İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya Rusiyaya qarşı “qara siyahını” genişləndirib

Böyük Britaniya 92 rusiyalı fiziki və hüquqi şəxsi, o cümlədən “Rosatom” korporasiyasının bir sıra rəhbərlərini sanksiyalar siyahısına əlavə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında yerləşdirilən məlumatda deyilir. Rusiyanın silah istehsalı üzrə ən iri iki kompaniyasının və dörd bankının rəhbərliyinə, həmçinin ölkə elitasının digər nümayəndələrinə qarşı sanksiya tətbiq olub.

Britaniyanın xarici işlər naziri Ceyms Kleverli, həmçinin Rusiyanın Ukraynadakı döyüşlərdə istifadə etdiyi bütün malların ixracına qadağa qoyulduğunu bildirib.

Qəbul olunmuş sənəddə bu addımın Rusiyanı beynəlxalq maliyyə sistemindən daha çox izolyasiya edəcəyi, eyni zamanda Böyük Britaniyaya və tərəfdaşlarına sanksiyadan yayınma hallarının qarşısını almağa imkan yaradacağı vurğulanır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR