İnsanlara hürriyət, millətlərə istiqlal!

Böyük Britaniya “müharibəyə hazırlıq rejiminə” keçir — Starmer

Böyük Britaniya silahlı qüvvələrinin əsas hədəfi döyüşə hazırlıq olacaq.

Musavat.com xəbər verir ki, bunu ölkənin baş naziri Kir Starmer Qlazqoda keçirdiyi mətbuat konfransında bəyan edib.

“Biz silahlı qüvvələrimizin əsas məqsədi kimi döyüşə hazırlıq rejiminə keçirik”, – deyə Starmer bildirib.

O qeyd edib ki, ölkənin müdafiə siyasəti hər zaman NATO ilə sıx koordinasiyada qurulacaq. Onun sözlərinə görə, alyans Britaniyanın strateji gücünün “əsas dayağı” olaraq qalır.

Baş nazir həmçinin vurğulayıb ki, Britaniya ordusunda hərbi innovasiyalar “müharibə sürəti ilə” tətbiq olunacaq.

Starmerin sözlərinə görə, 2035-ci ilə qədər Britaniya silahlı qüvvələri “on dəfə daha ölümcül qüvvəyə” çevrilməlidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR