İnsanlara hürriyət, millətlərə istiqlal!

Bosniya və Herseqovinada yeni hökumət qurulub

Bosniya və Herseqovinada yeni hökumət ötən il oktyabrın 2-də keçirilən seçkilərdən 115 gün sonra qurulub.

AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina Nümayəndələr Palatasında keçirilən etimad səsverməsində Boryana Kristonun rəhbərlik etdiyi yeni Nazirlər Şurası 23 deputatın dəstəyini alıb, 19 deputat isə yeni hökumətin əleyhinə səs verib.

Etimad səsverməsindən sonra parlamentdə yeni nazirlərin andiçmə mərasimi keçirilib. Hökumət serb partiyası Müstəqil Sosial Demokratlar İttifaqı, Xorvat Demokratik İttifaqı və Sosial Demokrat Partiyasının rəhbərlik etdiyi ittifaqda birləşən partiyaların nümayəndələrindən ibarətdir. Müdafiə naziri Zukan Helez ilə maliyyə naziri Zoran Teqeltiya, həmçinin Nazirlər Şurasının sədr müavini vəzifəsini icra edəcəklər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR