İnsanlara hürriyət, millətlərə istiqlal!

Bosniya və Herseqovinada qanunsuz miqrantların sayı 8 faiz artıb

Bosniya və Herseqovinada qeyri-qanuni miqrantların sayı keçən illə müqayisədə 8 faiz artıb.

AZƏRTAC xəbər verir ki, Bosniya və Herseqovina Nazirlər Şurası ilin birinci yarısında Əcnəbi Şəxslər Departamentində 8192 qeyri-qanuni miqrantın qeydiyyata alındığını açıqlayıb. Miqrantların yarıdan çoxunun Əfqanıstan, Pakistan və Banqladeşdən gəldiyi, onların 7309 nəfərinin Bosniya və Herseqovinada qalmaq istədiyi bildirilib.

Sərhəd polisi isə yanvar-iyun aylarında ölkəyə qeyri-qanuni yollarla daxil olmağa çalışan 2760 miqrantı saxlayıb. Həmin mühacirlər əsasən Serbiya və Albaniya üzərindən Bosniya və Herseqovinaya üz tutub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR