İnsanlara hürriyət, millətlərə istiqlal!

Bosniya və Herseqovina əhalisi ölkənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir

Bosniya və Herseqovina əhalisinin böyük əksəriyyəti ölkənin Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəkləyir.

AZƏRTAC xəbər verir ki, hökumətin sifarişi ilə keçirilən rəy sorğusunun nəticələri ölkədə Bosniya və Herseqovinanın Avropa İttifaqına üzvlüyünə ictimai dəstəyin 77,4 faiz olduğunu göstərib.

Bosniyalı və xorvatların sıx məskunlaşdığı Bosniya və Herseqovina Federasiyasında Avropa İttifaqına üzvlüyünə dəstək 90,1 faiz, serblərin cəmləşdiyi Serb Respublikasında 54,5 faiz, Brçko bölgəsində isə 73,8 faiz təşkil edib.

Respondentlər Avropa İttifaqına üzvlüyü dəstəkləmələrinin səbəbini davamlı sülh və siyasi sabitliyin, insanların, məhsulların və kapitalın sərbəst hərəkətinin, qanunlara hörmətin təminatı kimi izah ediblər.

Xatırladaq ki, ötən ay Avropa Komissiyası Aİ-yə üzv dövlətlərin hökumətlərinə Bosniya və Herseqovinaya tez bir zamanda namizəd ölkə statusu verilməsini tövsiyə edib. Bosniya və Herseqovina Avropa İttifaqına üzvlüyünə namizəd ölkə olmaq üçün 14 prioritet islahatı həyata keçirməlidir və bu istiqamətdə mühüm irəliləyişin əldə olunduğu bildirilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR