İnsanlara hürriyət, millətlərə istiqlal!

“Boşanmış qadını əldə etmək daha asandır, nəinki subay” - Psixoloq

Vaxtilə qızının dəbdəbəli toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin sabiq rəisi Qüdrət Şükürov qızı Aysel Şükür evlilik təklifi alıb.

Lakin blogerin 3-cü dəfə ailə qurmağa hazırlaşmağı bəzilərində qıcıq doğurdu.

3 övladı olan blogerin daha əvvəl iki dəfə ailəli olmasını əsas gətirənlər onu tənqid etməyə başladılar. Bəziləri isə iddia edir ki, qarşı tərəf onunla məhz puluna görə ailə qurur.

Görəsən, Azərbaycanda niyə boşanmış, övladları olan xanımların ailə qurması birmənalı qarşılanmır? Bunun altında hansı psixoloji məqamlar yatır?

Musavat.com bildiir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan psixoloq Samirə Bağırova bildirib ki, kişiləri boşanmış, dul qadınlar daha çox cəlb edir:

"Kişi psixologiyası qadından fərqlidir. Həmişə dul, qapalı və boşanmış qadınlar kişiləri daha çox cəlb edib. Şüuraltı qadını qurban obrazında gördüyü üçün, ələlxüsus uşağı da varsa, özünü onun mənəvi və cinsi ehtiyaclarını ödəyəcək yeganə kişi kimi hiss edir. Özünüsübut hissi kişi üçün önəmlidir. Boşanmış qadını əldə etmək daha asandır, nəinki subay. Çünki qadının artıq təcrübəsi var, az-çox öz yanlışlarını və kişi ilə rəftarı bilir. İkinci dəfə ailə qurmaq ayıb bir məsələ deyil. İlk evlilik yanlış seçim ola bilir. Həm cinsi, maddi, həm mənəvi, emosional və xarakter baxımından uyğunlaşmadıqları təqdirdə, insanlar bu gün özlərini travmatik həyat yaşamağa məcbur etmir. Artıq boşanma məsələlərinə yavaş- yavaş uyğunlaşırlar. Bu məsələ birmənalı qarşılanmasaydı, bu qədər boşanma olmazdı.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR