Onlayn ictimai-siyasi qəzet
Sabirabadda 17 yaşlı qızın intihar etməsi barədə xəbər vermişdik.
Musavat.com xəbər verir ki, lent.az 17 yaşlı Zəhra Qurbanlının canına qəsd etməsinin şok təfərrüatlarını öyrənib.
Məlum olub ki, kimyəvi məhlul içərək özünü öldürən yeniyetmə əvvəllər evli olub və boşanıb.
Hadisə baş verən gün 17 yaşlı Zəhra Qurbanlını yaşadığı evdə keçmiş əri Yusif Mirzəyev, anası, xalası və xalasının oğlu Aqşin döyüb.
O, məhz buna görə intihar edibmiş.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.
***
Sabirabad şəhər sakini, 2006-cı il təvəllüdlü Qurbanlı Zəhra Həbib qızı kimyəvi maddə içərək intihar edib.
Musavat.com apa-ya istinadən xəbər verir ki, 17 yaşlı yeniyetmə qızın meyiti müayinə olunmaq üçün Sabirabad morquna yerləşdirilib.
İntiharın səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ