İnsanlara hürriyət, millətlərə istiqlal!

Boşanan 17 yaşlı qız görün nəyə görə intihar edib - ŞOK TƏFƏRRÜAT

İyunun 20-nə keçən gecə Sabirabad şəhərində 17 yaşlı qızın həşəratlara qarşı istifadə edilən dərman preparatını qəbul edərək intihar etməsinin bəzi detalları üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu ilin aprel ayında 17 yaşı tamam olmuş Z.Q. bir müddət əvvəl rəsmi nikah olmadan ailə həyatı qurubmuş. Lakin ailədaxili problemlər səbəbindən o, həyat yoldaşından ayrılıb.

İlkin məluamata görə, dünən qızın yaşadığı evə onun keçmiş həyat yoldaşı Y.M., oğlanın anası, xalası və xalası oğlu gəliblər. Bu zaman tərəflər arasında yenidən münaqişə yaranıb. İddiaya əsasən, Y.M. anası və digər qohumları ilə birgə 17 yaşlı qızı döyüb.

Z.Q isə əsəbi halda həşərat dərmanını götürərək başına çəkib. O, ağır vəziyyətdə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, bir neçə saat sonra vəfat edib.

Hazırda faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır. Artıq hadisənin baş verdiyi vaxt Z.Q-nin yaşadığı evdə olan şəxslərin ifadələri də alınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR