Onlayn ictimai-siyasi qəzet
Boris Conson yenidən Böyük Britaniyanın baş naziri postuna qayıda bilər.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Yayılan məlumatda bildirilir ki, keçmiş baş nazirin geri qayıtmasının partiyanın seçkilərdəki məğlubiyyətdən xilasının yeganə yol olduğuna inanan bir neçə mühafizəkar deputat müsahibə aparıb.
Həmin deputatlar Mühafizəkarlar Partiyasına dəstəyin azaldığını və bir çox seçicinin İslahatlar Partiyasına üz tutduğunu böyük narahatlıqla qeyd ediblər.
Bu arada Boris Consonun sözçüsü onun gələcək siyasi ambisiyaları haqqında heç bir məlumat verməyib.
“Boris Conson hazırda kitab yazır və hökuməti dəstəkləyir”,- deyə Boris Consonun sözçüsü bildirib.
Musavat.com
19 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ