İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqarıstandan Rusiyaya tələb: Ödəniş olunmasa qazın tranziti dayanacaq

ABŞ sanksiyaları fonunda “Qazprom” ödənişlər üçün bir yol tapmasa, Bolqarıstan Rusiyadan Serbiya və Macarıstana qaz tranzitini dayandıra bilər.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, bunu Bolqarıstanın Texniki Hökumətinin energetika naziri Vladimir Malinov deyib.

O bildirib ki, Bolqarıstan tranzitədair müqaviləni ciddi şəkildə yerinə yetirəcək: “Xidmət haqqı ödənilmədiyi təqdirdə təbii qazın tranzitinə icazə verməyəcək".

Nazirin sözlərinə görə, Bolqarıstanın dövlət qaz şirkəti "Bulgargaz" indiyədək olan bütün ödənişləri alıb. O, həmçinin əlavə edib ki, Bolqarıstan hazırda “Qazprom”dan təkliflər gözləyir.

Noyabrın sonunda ABŞ Rusiya qazı və nefti üçün xarici ödənişləri həyata keçirən “Qazprombank”a qarşı sanksiyalar tətbiq edib. Bundan sonra Macarıstan ABŞ-dan qazın ödənişi zamanı “Qazprombank”a qarşı sanksiyalardan istisna edilməsini istəyib.

Macarıstan qazın əsas hissəsini hələ də “Qazprom” ilə uzunmüddətli müqavilələr əsasında Rusiyadan alır. 2022-ci ildə “Türk axını” boru kəməri və onun Bolqarıstan və Serbiya ərazisindən keçən qolları ilə ölkəyə 4,8 milyard kubmetr yanacaq daxil olub. Macarıstanın məlumatlarına görə, 2023-cü ildə bu rəqəm 5,6 milyard kubmetrə qədər artıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR