İnsanlara hürriyət, millətlərə istiqlal!

Bolqarıstanda güclü partlayışda Rusiya İZİ

Bolqarıstanın Karnobat şəhəri yaxınlığında, iş adamı Yemelyan Gebrevin şirkətinə məxsus silah anbarında partlayış baş verib.

Musavat.com xəbər verir ki, bu barədə "Azadlıq" radiosunun Bolqarıstan xidməti məlumat yayıb.

Bu, son bir ildə anbarda baş verən ikinci böyük insidentdir. 31 iyul 2022-ci ildə ilk sursat partlaması baş verib. İstintaq onun səbəblərini hələ müəyyən etməyib.

Gebrevin sözlərinə görə, hazırkı yanğın gecə naməlum səbəblərdən törəyib. İş adamı anbarda saxlanılan materialların öz-özünə alovlana bilməyəcəyini deyib.

Həmin anbardakı sursatların Ukraynaya göndərilməsinin nəzərdə tutulub-tutulmadığı barədə məlumat verilmir.

Xatırladaq ki, 2022-ci il iyulun 31-də baş verən insidentlə bağlı Gebrev açıq şəkildə Rusiya xüsusi xidmət orqanlarının bu partlayışlarda əli olduğuna 100% əmin olduğunu bildirmişdi.

Bolqarıstanın keçmiş daxili işlər naziri Boyko Raşkov partlayışların təsadüfi olması ehtimalının az olduğunu bildirib. Bolqar siyasətçi Yemelyan Gebrevin hələ 2015-ci ilin yazında "Noviçok"dan zəhərlənməsi faktını xatırladıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR